İsrail Qəzzada xəstəxananı bombalayıb: Ən azı 800 adam ölüb

Bu gecə İsrail rejiminin Qəzzada Əl-Əhli Baptist xəstəxanasını bombalaması nəticəsində 500 nəfərin həlak olduğu bildirilib.

Operativtv.com xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra ağlasığmaz dəhşətli qətliam, soqrımı ilə bağlı açıqlama verib.

Kudra bildirib ki, İsrailin Qəzzada xəstəxananı bombalaması nəticəsində ölənlərin sayı 800-ü keçib.

Xəstəxanada yüzlərlə yaralı, xəstə və köçkünlərin olduğu açıqlanıb.

HƏMAS-ın Qəzzadakı hökumət ofisi tərəfindən edilən açıqlamada hücum "müharibə cinayəti" olaraq qiymətləndirilib.