İsrail naziri Qəzza sürgününü 1948 sürgününə bənzətdi

38 gündür şiddətli və intensiv bombardman altındakı Qəzza sektorunda yaşayan fələstinlilərin şimaldan cənuba sürgün edilməsi İsrailin qurula bilməsi üçün 1948-ci ildə fələstinlilərin öz vətənlərindən qovulduğu Nəqbəyə bənzədilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bunu barədə İsrailin kənd təsərrüfatı naziri Avi Dichter deyib.

O, bu bənzətmə üçün “2023-ün Qəzza Nəqbəsi” ifadəsini istifadə edib.

Xatırladaq ki, 1948-ci il 14 mayda tarixi Fələstin torpaqlarında İsrailin qurulması ilə məcburi köç və qətliamlara məruz qalan Fələstin xalqı həmin günü “böyük fəlakət” mənasını verən “Nəqbə” adlandırırlar.

Belə ki, efirdə aparıcı nazir Dichterdən Qəzza sakinlərinin şimaldan cənuba sürgün edilməsinin “müvəqqəti bir vəziyyət olub-olmaması”, yoxsa “müharibənin məqsədinin elə bu olması” barədə sual soruşub.

İsrail ordusunun əməliyyat zonasında əhalini azaltmaq istədiyini deyən Dichter “bunun necə sona çatacağını bilmirəm” deyə cavab verib.

Aparıcı təkrarən “Bu, bir Nəqbədir, yoxsa müvəqqəti bir vəziyyətdir” soruşduqda isə İsrail naziri “Qəzza Nəqbəsi ilə üzüzəyik” ifadəsini istifadə edib.

Aparıcı davam edərək “Qəzza Nəqbəsi?” deyə soruşduqda Dichter əlavə edib ki, “Bəli, 2023 Qəzza Nəqbəsi”.