İsrail bütün qətlləri beynəlxalq ictimaiyyətin nəzarəti altında həyata keçirib

Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim Beyrutun cənub ətraflarında müqavimət hərəkatının Fələstin xalqı ilə həmrəylik məqsədilə təşkil etdiyi mitinqdə mühüm açıqlamalar verib. O : “Əqsa tufanı əməliyyatı sionistlərin uzun müddətdir yer üzündə törətdikləri fitnə-fəsad, cinayət, qətl və işğala təbii nəticə və reaksiyadır”-deyib.

Şeyx Nəim Qasim, İsrailin beynəlxalq ictimaiyyətin nəzarəti altında həyata keçirdiyi bütün qətliama Əl-Əqsa tufanı qəti şəkildə "yox" dediyini bildirib. “Əl-Əqsa tufanı uğurlu əməliyyat və tarixi dönüş nöqtəsidir, gələcəkdə daimi olacaq və qələbə bütün azad insanlara məxsus olacaq.”

Hizbullah baş katibinin müavini qeyd edib: Fələstinli döyüşçülər cəsarət və qətiyyətlə insanpərvər hərəkət edir, fədakarlıq edirlər, lakin sionist rejimin siması cinayət və qorxaqlıqdan ibarətdir. Əl-Əqsa tufanı İsrailin zəif olduğunu göstərdi. Onların bir çoxu döyüşdən yayındı, bəziləri öldürüldü, bəziləri isə təslim oldu. Amerikanın bu qəsbkar rejimə dəstəyi onun ömrünü uzadacaq, lakin zaman keçdikcə bu rejimin məhv olmaq ərəfəsində olduğunu sübut edəcək.

Hizbullah baş katibinin müavini: “Hizbullah müqavimət və qurtuluş savaşında maraqlıdır və bütün xalqlar İsrailə qarşı çıxmaqda düşünməli və iştirak etməlidir. Biz Əl-Əqsa tufanı əməliyyatını dəstəkləyirik və Fələstin qəhrəmanlarına deyirik: Siz dünyanın bütün azad insanlara nümunəsiniz”- söyləyib.

Hizbullah baş katibinin müavini sonda deyib: Bizi məğlubiyyət deyil, qələbə gözləyir.