İsrail bu addımı ilə dünyada yəhudi vədəndaşları üçün ən böyük təhlükəyə imza atdı

İsrailin Fələstinlə müharibəsi kulminasiya həddinə gəlincə mövcud vəziyyət hər saniyəsində İsrailin əleyhinə çevrilməyə davam edir. İllərdir medianın İsrailin leyhinə təbliğatı, müxtəlif ölkə başçılarının İsrail simpatiyasından doğan addımlarına baxmayaraq durmadan genişlənən müxtəlif ölkələrdə insan kütlələri bütün bu addımları boşa çıxardı. Artıq ləpələnən anti-İsrail dalğası bunu söyləməyə əsas verir ki, son addımlar bütün qurulan qalaları elə İsrailin öz əli ilə dağıdaraq bu ölkəni və onun dünyanın müxtəlif nöqtələrində olan vətəndaşlarını çətin duruma gətirib.
Birmənalı olaraq ərəb dövlət başçıları arasında geniş fəaliyyət quran İsrailin bu dövlətlərlə yaxın münasibətləri xalqların etirazlarına baxmayaraq son on ilin proritet mövzusu olub. Bunun üçün böyük media insitututlarının çalışması az qala İsraili bir ərəb xalqı və ya onun ayrılmaz hissəsi edincə gözlənilməz Qəzzə olayı (əslində bu hadisə həmişə gözlənilən idi) bütün bu münasibətləri alt üst etdi. Şübhəsiz Qərbdən Şərqə uzanan ərazilərin insanlıq kütləsi də bütün idarəçi güclərin təzyiqinə bazmayaraq Qəzzə dramına laqeyd qala bilməzdi. Xüsusi olaraq xəstəxananın hədəfə alınması bu istiqamətdə gerçəkləşən vəhşiliyin zirvəsi sayılırdı. Bu vandallıq aktına hətta İsrailə dost dövlətlər belə haqq qazandıracaq gücə malik deyildi.
Hazırki vəziyyət indiki sionist rejimin siyasi uğursuzluğu, dünyanın istənilən nöqtəsində İsrail vətəndaşlarının dinc və rahat yaşamasına ciddi təhlükə törətməkdədir. Dünyanın istənilən nöqtəsində olan yəhudilər bu hadisənin qurbanı ola biləcəyi heç kəs üçün gizlin deyil. Hətta beş dövlətdə səfirliyini qapadan İsrailin bu məntəqələrdən uzaqlaşması səfirlik əməkdaşlarını qorumağa hesablansa da, bu adı yəhudilərin təhlükəsizliyinə əsla yardım etmir. Aydındır ki, dərinləşdikcə İsrail-Fələstin münasibətləri bu təhlükəni daha da böyüdəcək.
HƏMASın gücünün İsraillə əsla müqayisə olunmaz həddə olduğu halda bu müharibəni başlaması üçün qınanan fələstinlilərlə bağlı bircə bunu söyləmək yetərlidir ki, Fələstin, HƏMAS bu müharibəyə başlamaqla illərdir öldürülən Fəsətin qətliamının həqiqətini dünyaya göstərincə bəşəriyyətə dinindən, cinsindən və dilindən asılı olmayaraq hər kəsi haqqın yanında, zülmün qarşısında birləşmək üçün atdığı addımın doğruluğuna dünyanı şahid etdi.
 
 
MBH. Media