İsrail 5 saatlıq atəşkəs elan etdi

İsrail Qəzza zolağının cənub bölgəsində humanitar atəşkəs rejimi tətbiq edib.

Bu barədə “i24” telekanalı məlumatına əsasən atəşkəs əcnəbi vətəndaşların ərazini tərk edə bilməsi, həmçinin, Qəzzaya humanitar yardım göndərmək məqsədi ilə elan olunub. Həmçinin qeyd edilir ki, atəşkəs yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 10:00) qüvvəyə minəcək və 5 saat davam edəcək.