İŞİD 4 Nigeriya şiəsinin şəhadətinə görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror təşkilatı bəyanat verərək Nigeriyada bir şiə ailənin evinə hücum və 4 nəfərin şəhid olması ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Açıqlamaya görə, bu terror aktı Nigeriyanın şimalındakı Yobe bölgəsindəki Gidam qəsəbəsində baş verib.

İŞİD Nigeriyada 4 şiəni şəhid etdiyini, daha sonra evlərini yandırdığını iddia edib.

İŞİD-in İraq və Suriyada elan etdiyi hökumətin devrilməsinə baxmayaraq, İŞİD liderinə beyət edən bəzi qruplar hələ də bir çox Afrika ölkələrində terror aktları törətməkdə davam edirlər.