İranın xarici işlər naziri qonşu ölkələrdəki həmkarlarına təbrik məktubu göndərib

İranın xarici işlər naziri Azərbaycan, Özbəkistan, Əfqanıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə, İraq, Qırğızıstan, Qazaxıstan və Hindistan da daxil olmaqla Novruz ölkələrindəki həmkarlarını təbrik edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Novruz bayramı ərəfəsində Azərbaycan, Özbəkistan, Əfqanıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə, İraq, Qırğızıstan, Qazaxıstan və Hindistan da daxil olmaqla, Novruz ölkələrindəki həmkarlarına fərdi təbrik mesajları göndərib. O, bu ölkələrin xarici işlər nazirlərini Novruz bayramı münasibətilə təbrik edib, bölgə xalqına xeyir və firavanlıq dolu bir il arzulayıb.