İranın Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimə növbəti hörmətsizlik edilib

Avqustun 18-də İranın Stokholmdakı səfirliyinin qarşısına geniş polis mühafizəsi ilə gələn İraq əsilli Salvan Momika Qurana hücum edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Momika İran prezidenti İbrahim Rəisinin şəkli və İran İslam Respublikasının bayrağı ilə ayaqlarını sildikdən sonra Quranı və prezident İbrahim Rəisinin şəklini yandırıb.

Ətrafa toplaşanların reaksiyasına baxmayaraq, o, Quranın üstünə çıxıb.

Salvan Najem adlı İraq vətəndaşı Momikaya kömək edib.

Momika əleyhinə nümayişçilər arasında olan bir qadın, Momikanın yandırdığı Qurana yanğınsöndürənlə müdaxilə edib.

Duman ərazini bürüyərkən İsveç polisi qadını nəzarətə götürüb.

Momika və Najem alçaq hücumdan sonra zirehli polis maşını ilə hadisə yerini tərk ediblər.

İki hücumçunu 10-u zirehli olmaqla 20 polis maşını və 100-ə yaxın polis əməkdaşı müşayiət edib.