İranın Azərbaycandakı səfiri Şahin Mustafayev ilə görüşüb

İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran və Azərbaycan prezidentlərinin Daşkənd görüşündən sonra İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi iki ölkə prezidentlərinin əməkdaşlığın müxtəlif sahələrində, xüsusilə birgə enerji və nəqliyyat layihələrində əldə etdikləri razılaşmalara əməl etmək məqsədilə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

Qeyd edək ki, İran Prezidenti Seyid İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.