İranda İsrailin casus şəbəkəsi ifşa edildi

İranda İsrailə casusluq edən 12 nəfərlik bir qrup ifşa edilib.

“Mehrnews” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Ordusundan (Sepah) məlumat verilib.

Qeyd edilib ki, İranın 6 əyalətində fəaliyyət göstərən həmin şəxslər ölkədə təhlükəsizlik əleyhinə addımlar atmağı planlaşdırırdılar.