Zəvvarlar dünyanın ən müxtəlif ölkə və şəhərlərindən Kərbəla şəhərində keçiriləcək Ərbəin tədbirində iştirak üçün gəlməyə davam edirlər.
Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, 16 avqustun statistikasına əsasən, İrandan İraqa artıq 1,5 milyondan çox zəvvar keçib.
İran üzərindən gələn zəvvarlar bu ölkənin Şələmçə, Çəzabə, Mehran, Xosrəvi, Bəşmək, Təmərçin quru və Abadan dəniz sərhəd keçid məntəqələrindən istifadə edirlər.
Təkcə rəsmi mənbələrin məlumatına görə, Ərbəin səfərində iştirak üçün qeydiyyatdan keçən iranlıların sayı 2,6 milyon nəfərdir.
Xatırladaq ki, onmilyonlarla insan Ərbəin günü İmam Hüseyn (ə), Həzrət Əbəlfəzl Abbas (ə) hərəmlərini – Beynül-Hərəmeyni ziyarət etmək üçün Kərbəla şəhərinə gəlir.
İran sərhədindən nə qədər Ərbəin zəvvarı keçib?