İran höküməti Qəzvində hicab qaydalarına riayət edilməyən iki iş yerini möhürləyib

İranın müxtəlif vilayətlərində hicab qaydalarına riayət etməmək səbəbi ilə iş yerləri və ticarət obyektlərinin möhürlənməsi davam edir. Məlumatı Operativtv.com Amerikanın Səsinə istinadən verir. 

Keçən günlərdə Qəzvində rəsmilər tərəfindən bir neçə iş yerinin bağlandığı, bəzi iş yerlərinə isə xəbərdarlıq edildiyinə dair məlumat yayılıb.

İranda fəaliyyət göstərən Etemadonline saytının cümə günü yaydığı xəbərinə istinadən, Qəzvin şəhərində bir kafe və bir restoran hicaba riayət edilmədiyi səbəbilə bağladılıb.

Qəzvinin ümumi və inqilab prokuroru Hüseyn Rəcəbi Talarşəhr kompleksində yerləşən iki iş yerinin "islami qaydalara riayət edilmədiyi" üçün qapadıldığını açıqlayıb.

Təsnim agetnliyinə danışan Rəcəbi deyib ki, "iş yerləri qanununun 68-ci maddəsinə əsasən, iş yerlərinin öhdəliyi ictimai qaydalara riayət etməkdir. Talarşəhr kompleksindəki bu iki iş yerində islami və əxlaqi qaydalara riayət edilmədiyi üçün, ikisi də möhürləndi."

Rəcəbi, həmçinin Qəzvinin Narun ticarət mərkəzinə oxşar səbəblər üzündən xəbərdarlıq edildiyini bildirib. Təsnim agentliyinə istinadən, ticarət mərkəzinin girişinə bir xəbərdarlıq afişası asılıb.