“İran diplomatiya yolundan imtina etsə..." - Blinkendən xəbərdarlıq

Tehran nüvə problemini həll etmək üçün diplomatik səyləri rədd edərsə, Birləşmiş Ştatlar İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün bütün variantları nəzərdən keçirəcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ dövlət katibi Antoni Blinken bildirib. 

“Əgər İran diplomatiya yolundan imtina edərsə, o zaman ABŞ prezidenti Co Baydenin dəfələrlə açıq şəkildə işarə etdiyi kimi, İranın nüvə silahı əldə etməməsi üçün bütün variantlar nəzərdən keçiriləcək”, - dövlət katibi deyib. 

Blinken, Vaşinqtonda ABŞ yəhudi lobbisinin əsas təşkilatlarından biri olan Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) iclasında çıxış edərkən bildirib ki, İrana nüvə başlığı əldə etməsinə icazə verilməməlidir.