İmam Əlinin (ə) şəhadət günündə 2 milyona yaxın zəvvar hərəmi ziyarət edib

Şəhadət günləri ərəfəsində İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edən zəvvarların sayı açıqlanıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə hərəmin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, İmam Əlinin (ə) şəhadət günləri ərəfəsində pak hərəmi 2 milyondan çox zəvvar ziyarət edib.

Məlumatda həmçinin, bu günlər ərzində hərəmi ziyarət edən zəvvarların dəqiq sayının 1 milyon 920 mindən çox olduğu təsdiqlənib.

Qeyd edək ki, Ramazan ayının 21-i möminlərin əmiri İmam Əlinin (ə) şəhadət günü idi.