İmam Əli (ə) ziyarətgahında birinci Qədr gecəsi

Dünən gecə İslam dünyası birinci Qədr gecəsini qeyd etdi. Bu gecə Quranın yer üzərinə nazil olması ilə yanaşı İmam Əlinin (ə) zərbətləndiyi gün olaraq da qeyd olunur. Ona görə də Qədr gecələri inanclılar tərəfindən daha çox İmam Əlinin (ə) hərəmində dualar və əzadarlıqla müşahidə olunur. Ötən gecə İraqın Nəcəf şəhərində İmam Əli (ə) hərəmi ziyarətgahında birinci əhya mərasimi böyük coşqu ilə keçirilib.