İmam Hüseyn (ə) ziyarətgahına bağlı Öd və Qaraciyər xəstəxanası

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahına bağlı Öd və Qaraciyər xəstəxanasının tikintisinin 85 faizi tamamlanıb.

Bu barədə tikintinin layihə rəhbəri Səccad Haşim bildirib.

“İmam Hüseyn ziyarətgahının rəhbərliyinin təqibi ilə Müqəddəs Kərbəla şəhərinin Əl-Qədir məhəlləsində yerləşən Öd və qaraciyər xəstəxanası layihəsində birinci binada 85 faiz, ikinci binada isə tikinti templə davam edir.”, -deyə o qeyd edib.

O həmçinin bildirib ki, 2 min kvadratlıq bu xəstəxana müayinə, müalicə və cərrahiyə şöbələrindən əlavə 75 çarpayılıq palataları da olacaq.

Tikintinin layihə rəhbəri Səccad Haşim sözlərinin sonunda ümumi tikinti və bütün işlər 2 aya tamamlanacağını qeyd edib.