İmam Hüseyn (ə) ziyarətgahına bağlı Əczaçılıq Fabriki

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahına bağlı Əczaçılıq Fabriki İraq Səhiyyə Nazirliyindən lisenziya alıb və yekun ekspertizadan sonra dərman istehsalına başlayacaq.

Fabrikin direktoru Mühənnəd Əl-Səadi qeyd edib ki, Ayətullah Əl Üzma Seyid Sistaninin Kərbəladakı nümayəndəsi və İmam Hüseyn (ə) ziyarətgahının idarə heyətinin sədri Şeyx Əbdülmehdi Əl Kərbəlayinin xüsusi diqqətilə bu fabrik ərsəyə gəlib və yaxın zamanda İraq bazarına çıxarılacaq.