Ermənilər Laçında torpaqların Azərbaycana qaytarılması təkliflərinə etiraz mitinqi keçirib - Foto

27-ci ildir işğal altında qalan, “Berdzor” adlandırılmış Laçın rayon mərkəzində ermənilərin mitinqi təşkil olunub. 

Demokrat.Az xəbər verir ki, “Azad vətən” partiyasi tərəfindən keçirilmiş mitinqdə işğal edilmiş torpaqların Azərbaycana qaytarılması haqda Ermənistanın  birinci prezidenti L.Ter-Petrosyanın və onun nümayəndələrinin təkliflərinə qəti etiraz bildirilib.

 
“Azad vətən” partiyasının sədri, keşmiş “dövlət naziri”, “deputat” Araik Arutyunyan öz çıxışında “Azərbaycana güzəşt” haqda təklifləri kəskin şəkildə tənqid edib. 

O, bütün dünya ermənilərinə müraciət edərək “Kaşataq” (Laçın, Qubadlı, Zəngilan rayonları) və “Şaumyan”(Kəlbəcər və Ağdərə  rayonunun bir hissəsi) “rayon”larının inkişafına dəstək verməyə çağırıb. 

ABŞ-da yaradılmış və qeydiyyatda olan qeyri-hökumət  “Hayrenaser”(“Vətənpərvər”) təşkilatınm ailəsi ilə birlikdə Laçına köçüb gəlmiş  həmsədri Stepan Sarqsyan da mitinqdə çıxış edərək deyib:

"Biz düşmənə bir qarış da torpaq verməyəcəyik. Biz öz tarixi torpaqlarımızı azad etmişik və  hər birimiz “Artsax” uğqunda vuruşmağa daim hazırıq...”.