Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsində AXCP üzvləri – Saqif Qurbanov, Ramid Nağıyev, Paşa Umudov, Nicat Abdullayev, Namiq Abbasəliyev, Nicat Nizamov və Müsavat Partiyasının üzvü Elvin Abdullayevin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə fəalların apellyasiya şikayətinin təmin olunmadığını, ilkin qərarın qüvvədə saxlanıldığını elan edib.
Qeyd edək ki, müxalifət partiyalarının yanvarın 19-da keçirdiyi “Siyasi məhbuslara azadlıq!” mitinqi ərəfəsində AXCP üzvləri - Nizami rayon şöbəsinin sədri Paşa Umudov (30 sutka), Sabunçu rayon şöbəsinin fəalı Namiq Abbasəliyev (30 sutka), Nərimanov rayon şöbəsinin fəalı Elşən Təhməzov (23 sutka), AXCP Rəyasət Heyətinin üzvü Saqif Qurbanov (20 sutka), Ali Məclisinin üzvü Nicat Abdullayev (20 sutka) , AXCP-nin Binəqədi rayon şöbəsinin üzvü Ramid Nağıyev (23 sutka), Müsavat partiyasının fəalı Elvin Abdullayev (25 sutka), AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov (20 sutka), AXCP Saatlı rayon şöbəsinin fəalı Kamran Əmirov (17 sutka), AXCP Nərimanov rayon şöbəsinin fəalı Elşən Təhməzov (23 sutka), İnzibati Xətalar Məcəlləsinin 535. 1-ci ( polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə inzibati həbsə məhkum ediliblər.
Mitinq məhbuslarının apellyasiya şikayəti təmin olunmadı - Video

Oxşar xəbərlər