Ermənistanın Baş naziri Nikol Paşinyan "Exo Moskvı” radiosuna müsahibə verib.
Baş nazir Cənubi Qafqazda çox gərgin situasiya olduğunu deyərək bildirib ki, Rusiyanın Azərbaycanın Ermənistan və Dağlıq Qarabağa həmləsinin qarşısını almaq üçün bütün vasitələri var.
"Mən bunu deyərkən Azərbaycanın aqressiv siyasətini nəzərdə tuturam. Mən və bütün ermənilər Rusiyanın müharibənin qarşısını almaq üçün bütün imkanları olduğuna inanır. Heç cür mümkün deyil ki, strateji tərəfdaşımız Rusiya bu imkanlardan istifadə etməsin. Amma biz müharibəyə hazır olmalıyıq”.
N.Paşinyan Rusiya prezidenti V.Putinlə Azərbaycana silah satmaları haqda söhbət etdiyini deyib. Amma söhbətin detallarını açıqlamayıb:
"Silah məsələsi başqadır, biz bu barədə Rusiya və Belarusla, o cümlədən, Kollektiv Təhlükəsizlik Təşkilatındakı tərəfdaşlarla da söhbətlərimizi davam etdirəcəyik”.
Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə ilk dəfə Rusiya prezidentinin təşəbbüsü ilə görüşdüyünü deyib:
"Belə bir görüş futbol üzrə dünya çempionatında oldu, ona görə effektiv alınmadı. Amma NATO-nun tədbirində ikimiz də olsaq, görüşmədik”.
"Siz ona zəng edə bilərsinizmi” sualına Paşinyan gülərək "bu, yaxşı ideyadır, ancaq məndə onun telefon nömrəsi yoxdur” deyə cavabını verib.
Baş nazir oğlunun Dağlıq Qarabağa hərbi xidmətə göndərməsini aqressiv jest kimi qəbul edilməsinin əleyhinə olduğunu deyib:
"Əksinə, bu, sülhməramlı addımdır. Mən oğlumu ora göndərirəmsə, deməli, müharibənin olmasını istəmirəm. Mən İlham Əliyevin də oğlunu ora göndərməsinə şad olardım. Əgər onun oğlu da xidmət edərsə, bu, sülhməramlı addım olardı, deməli, cənab Əliyev də oğlunun həlak olmasını istəmir”.
Münaqişənin həlli ilə bağlı suala cavab verən Nikol Paşinyan güzəştlərə hazır olduğunu söyləsə də "bəs niyə soruşmurlar ki, qarşı tərəf də güzəştlərə hazırdırmı” bildirib:
"Biz bütün situasiyalara adekvat olacayıq. Baxın, oğlumun Qarabağda xidmət etməsi sülhməramlı addımdır. Amma öz xalqımızı və vətənimizi də qorumağa hazırıq”.
Ermənistandan Azərbaycana gələn azərbaycanlılara heç bir təzyiqlərin olmadığını söyləyən Baş nazir deyib ki, Azərbaycandakı ermənilərin işgəncələrə məruz qaldığını iddia edib. O, həm də Dağlıq Qarabağ Muxtar Vilayətinin müstəqil Azərbaycanın yox, SSRİ-nin tərkibində olduğunu bildirib. N.Paşinyan Rusiya hərbi bazalarının Ermənistanda qalmasının milli maraqlarına cavab verdiyini söyləyib:
"Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu məsələ milli maraqlar çərçivəsinə daxildir”.
Meydan Tv
"İlham Əliyevin də oğlunu Qarabağa göndərməsinə şad olardım" - Paşinyan
Oxşar xəbərlər