Müsavat Partiyası mitinq keçirmək istəyir

Aksiya Mehman Hüseynova və bütün siyasi məhbuslara həsr olunacaq.

Müsavat Partiyası yanvarın 12-də, saat 15.00-da "Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" şüarı ilə mitinq keçirmək barədə qərar qəbul edib.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib.

A.Hacılı partiya Divanının bu barədə qərar qəbul etdiyini və bazar ertəsi Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini söyləyib.

Amma Müsavat başqanı mitinqin harda keçiriləcəyi barədə danışmaq istəməyib:

“Müraciətdə bu məsələ qeyd ediləcək”.