Milli Şura növbəti mitinqi təyin edib

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin edib.
 
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi Toplum tv-ə məlumat verib. 
 
Onun sözlərinə görə, mitinq 5 tələblə keçiriləcək.Tələblər arasında Qarabağa azadlıq, seçki islahatları, siyasi məhbuslara azadlıq, uşaqpulu və tibbi sığorta və s.  var.
 
Bakı şəhər İcra Hakimiyyətini razılıq verdikdən sonra mitinqin keçiriləcəyi yer açıqlanacaq.
 
19 yanvar mitinqindən sonra Milli Şuranın yeni aksiya tələblərindən yalnız biri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilib və mitinq üçün Lökbatan ərazisi təyin edilib. 
 
Milli Şura bununla razılaşmayaraq oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirib.