Demokratik Qüvvələrin Milli Şurası mitinqlə bağlı növbəti qərar verib.
Bu barədə qurumun rəhbəri Cəmil Həsənli bildirib. Onun sözlərinə görə, aksiya aprelin 6-na təyin edilib.
"Mitinqin başlıca tələbləri siyasi məhbusların azadlığı, korrupsiya yolu ilə ölkədən oğurlanmış vəsaitlərin geri qaytarılması və hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsindən ibarətdir", Cəmil Həsənli vurğulayıb.
Hakimiyyət rəsmiləri isə, ölkədə siyasi məhbusların olması fikirlərini qəbul etmirlər. Onlar deyirlər ki, siyası məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər. Amma prezidentin bu il martın 16-da imzaladığı əfv sərəncamına siyasi məhbus hesab edilən şəxslərdən də 50-dən çoxu düşüb.
Hazırda, yerli hüquq müdafiəçilərinin açıqlamasına görə, cəzaçəkmə müəssisələrində, hələ də 80 civarında siyasi məhbus qalmaqdadır.
Milli Şura mitinq istəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət göndərəcək. BŞİH də qanunverciliyin tələblərinə uyğun olaraq yaxın günlərdə müraciətə cavab verməlidir.
Milli Şura sonuncu aksiyasını yanvarın 19-da keçirib. Bundan sonra, şəhər rəhbərliyi düz 3 dəfə qurumun eyni məqsədli müraciətini mənfi cavablandırıb.
Milli Şura yenidən mitinq qərarı verib

Oxşar xəbərlər