İflic olmuş fəal Famil Xəlilov ikinci gündür ki, 1 saylı Bakı İstintaq Təcridxanasında ona qarşı əsassız cinayət təqibinə etiraz olaraq aclıq edir. Bu barədə Turan-a onun xanımı Kiçikxanım Xəlilova bildirib.
O qeyd edib ki, mayın 22-də Apellyasiya Məhkəməsinin iclasından sonra Famil Xəlilov aclıq elan edib. Həmin iclasda məhkəmə onu ev dustaqlığına buraxmaqdan imtina edib.
Bu gün Xəlilov evə zəng edərək aclığı davam etdirdiyini bildirib.
"İkinci gündür ki, Famil yemək yemir, ancaq su içir və siqaret çəkir", - o deyib.
Fəal istintaq təcridxanasının tibb-sanitar hissəsində saxlanılır.
Fəalın xanımı qeyd edib ki, Xəlilovun iki əli iflic olub və ona eyni kamerada saxlanılan digər məhbuslar baxır.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
* Xəlilov sığınacaq almaq ümidilə bir neçə il İsveçdə yaşayıb. Hər üç ayda bir dəfə xüsusi inyeksiya edilib, bu da onun vəziyyətini yüngülləşdirib. Bir il əvvəl Azərbaycana deportasiyadan sonra tibbi yardımdan məhrum olub və vəziyyəti pisləşib.
Əllərinin iflic olmasına baxmayaraq, Xəlilov sosial şəbəkələrdə fəal olub, kompüterdə ayaq barmaqları ilə yazıb. O, hakimiyyəti tənqid edib və etiraz aksiyalarında iştiraka çağırıb.
Famil Xəlilov mayın 4-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb. Onu 12 ilədək həbs cəzası gözləyir.
İflic olmuş fəal istintaq təcridxanasında aclıq edir