Avropa Məhkəməsi NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin keçmiş üzvləri barəsində qərarını elan edib.
Bildirilib ki, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovun İnsan Haqları Konvensiyasının 5.1 (şəxsi azadlıq hüququ) və 18 (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusu tanınıb. Onların hər birinə mənəvi zərərə görə 20 min avro, məhkəmə məsrəflərinə görə 3000 -5000 avro kompensasiya ödənilməsinə dair qərar çıxarılıb.
Bu qərarla Azərbaycan özünəməxsus "rekord” vurub. Belə ki, 18-ci maddənin pozuntusunun tanınmasına görə Azərbaycan yeddi belə qərarla birinci yerdədir.
Onlara Azərbaycan hökumətinin kompensasiya verib-verməyəcəyi məlum deyil. Vəkil Əsabəli Mustafayev Meydan TV-ə deyib ki, onun iştirak etdiyi 55 işdə ödənmə tam olmayıb.
"2016-cı ildə qəbul edilən qərarlar sırasında siyasi işlərdə ödənmə olmayıb, amma mülki işlərdə ödənmə olub. Ötən il isə ödənmə ümumiyyətlə olmayıb. Bütövlükdə təqribən 100-110 civarında olan işdə ödənmə yoxdur”.
Adları çəkilən şəxslər 2013-cü ildə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi açılıb.
Rəşad Həsənopv 7,5 il, Rəadət Axundov 8 il, Üzeyir Məmmədli 7 il, Zaur Qurbanlı 8 il azadlıqdan məhrum olunmuşdu.
Onlar 2016-cı ilin martında prezidentin əfv sərəncamı ilə azad edilib.
Avropa Məhkəməsi keçmiş NİDA üzvləri ilə bağlı qərar verib
Oxşar xəbərlər