2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il həbs cəzası olan NİDA hərəkatı fəalı İlkin Rüstəmzadənin səhhəti ilə bağlı problemləri var.
Bu barədə İ.Rüstəmzadənin anası Atlas Hüseynova məlumat verir. Onun sözlərinə görə, düzgün qidalanmadığına görə mədə-bağırsaq sistemində problem yaranıb: “Böyrəklərində də problem var. Müalicə etdiririk. Az əvvəl zəng vurmuşdu. Alınacaq dərmanların siyahısını verdi. Gələn dəfə yanına gedəndə alıb aparmalıyıq. Psixoloji durumu normaldır. Yetərincə möhkəmdir”.
A.Hüseynova oğluna qarşı haqsızlıq edildiyini iddia edir: “Artıq İlkinlə tutulanlardan həbsdə kimsə qalmayıb. Buradan Avropa Şurasına gedən siyahılarda İlkindən sonra tutulanların adı öndədir. İlkin də, valideyn olaraq mən də bundan narazıyıq. Bilmirəm, o siyahı necə hazırlanır? Mənə elə gəlir, İlkinin müdafiəsi yetərincə təşkil olunmayıb”.
Hazırda cəzasını Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində çəkən AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin atası Məşğul Həziyev oğlunun vəziyyətindən razılıq edir: “Seymur yaxşıdır. Heç bir problemi də yoxdur”.
“Yeni Müsavat”
Həbsdəki NİDA-çının səhhətində problem yaranıb

Oxşar xəbərlər