Hizbullahın hərbi bazalara yeni hücum dalğası - İsrail ordusunun mayoru və kapralı məhv edildi

Livan Hizbullahı hücumlarının davamında sionist rejimin bir neçə digər hərbi bazasını hədəfə alıb.

Hizbullah bu gün yaydığı bəyanatda sionist rejimin bir neçə bazasına zərbə endirdiyini xəbər verib.

Hizbullahın bəyanatında bildirilir ki, Qəzzə zolağının mətanətli xalqına və onun qəhrəmancasına müqavimətinə dəstək olaraq, Hizbullah qüvvələri bu gün günortadan sonra işğal olunmuş Fələstinin şimalındakı Ramiya bazasını artilleriya hücumu ilə hədəfə alıb.

Hizbullah işğal altındakı Fələstinin şimalında Yuxarı Əl-Cəlil bölgəsində yerləşən "Zəriyət" kazarmasını top və raket zərbələri ilə, həmçinin işğal altındakı Fələstində “Hanita” bazasını artilleriya zərbələri ilə hədəf aldığını açıqlayıb.