Hizbullahdan İsrail əməliyyatı

Livanın Hizbullah Hərəkatı sionist İsrailin şimalındakı Marqaliot bölgəsi yaxınlığındakı Hunin qəsəbəsini vurduqlarını açıqlayıb.

Hizbullahın Teleqram səhifəsində verilən açıqlamada, "İşğal altında olan düşmən sionist əsgərlərinin olduğu bölməyə idarə olunan raketlərlə hücum təşkil edilib" bəyanatda deyilir.

Hücumun dünən həyata keçirildiyi bildirilən bəyanatda yaralanan sionist rejim əsgərlərinin görüntüləri də paylaşılıb.