"Havara şəhərini dağıtmaq istəyənlər dünyadan silinəcək"

Qəzza zolağının şimalında yaşayan fələstinlilər cümə günü İordan çayının qərb sahilində Əl-Əqsa məscidinə, məhbuslara və müqavimətə dəstək nümayişi keçiriblər. HƏMAS hərəkatının dəvəti ilə təşkil edilən bu nümayişdə bu hərəkatın siyasi ofisinin üzvü Süheyl əl-Həndi fələstinlilərin İsrail rejimə qarşı çıxmaq və İordan çayının qərb sahilindəki müqaviməti dəstəkləmək əzmini vurğulayıb.

Əl-Həndi İordan çayının qərb sahilində və işğal olunmuş ərazilərdə yaşayanlardan Məscidül-Əqsaya kömək istəyib və deyib: “Məscidül-Əqsaya, İslam və Xristianlığın müqəddəs məkanlarına hər hansı ziyan vurulması işğalçılara və köçkünlərə qarşı pis bir xəbərdarlıqdır və bu onlara müharibə elanıdır.

Biz Məscidül-Əqsa və Qüdsə yardımın əvəzini ödəməyə hazırıq. Faşist sionist kabinetinin məhbuslara qarşı hərəkətləri onların azad edilməsində israrımızı artıracaq. Qəzza Fələstin inqilabının bütün səhnələrində var. Qəzzada müqavimət hələ də hazır vəziyyətdədir və Havara şəhərini məhv etməklə hədələyənlər özləri də dünyadan silinəcəklər”.

Xatırladaq ki, İsrail rejimin maliyyə naziri Bezalel Smotriç bu yaxınlarda Fələstinin Havara kəndinin dağıdılmasına çağırıb. Ona ünvanlanan çoxsaylı tənqidlərə baxmayaraq, Smotriç sözlərindən geri çəkilməyib və üzr istəməyib.