Hakimiyyətin son hazırlığı : AŞURA (3-cü hissə)

İmam Hüseyn (ə) mərkəzdən qaçma, fikri yayınma, ümidsizlik və sair düşünülə bilən bütün boşluqları Aşura adlı məktəblə doldura bilmişdi. Elə bir məktəblə ki, oranın hər yaşda, cinsindən asılı olmayaraq hər növ əsarəti rədd edən azadlıq təmsilçiləri dünya insanını qorxudan üç dəyərli şey, mal-övlad və can olaraq aldadılma, təhlükə duyulan elementlərlə necə davranaraq azadlıq deyilən sonsuz neməti əldən vermədən qorumaq yollarını göstərirdi. Bu praktik əsas dindar deyilən və aldanma ehtimalı olan şəxslərə deyil, vicdan deyilən və azad olmaq istəyən insanlıq üçün ölümsüz və qələbəyə qarantlı bir məktəb sərgiləyirdi. 
Aşura tətbiqdə azadlıq, idarə edən, mütiliyi rədd edən azadlıq dolu mübarizə və mücadilə məktəbi olaraq zamanların fövqündə duraraq insanlığın xilasında bütün varlığını səfərbər etdi. Bu gün də dünyanı lərzəyə salan dəvətsiz aşiqlərin qəlbini riqqətə gətirən yeganə matəm məclisi olaraq Aşura bütün idiologiyaların hədəfindədir. Yeganə səbəbə görə, o özünün idarə olunmasına əsla icazə vermir. Onun tətbiqçisi Aşuranın ruhunu azad edərək onu nə zaman, nə şəxsə müvafiq uyğunlaşdırmadan o qədər zirvəyə qaldıdı ki, tarıx belə bir mətkəbin təsisi üçün daha böyük şəxs, daha ali qurban, sonsuz mükəmmək amal düşünə bilməzdi. Aşura öz mütəqilliyini o gündən üzərinə bir missiya olaraq götürərək batilin önündə, haqqın yanında olmaqla insanlıq məktəbinə yeni səhifə açdı.  
Aşura Qurna şərh verib yalançı səhabələrin uydurduğu hədislərin haldan hala salınan İlahi kitabın ali məqamlarının da qoruyucusu, əməli icraçısı olaraq ayələrin təsir altına salınmasına yol verməyən mətin bir zərihdir. Elə buna görə də nər nör təsirlərin neytirallaşması Aşuranın böyük və ümumiləşdirilmiş prinsipidir.
Şübhəsiz, Aşura hadisəsi baş verən gündən günümüzə qədər onunla bağlı olan bütün elementlər hədəfdədir. Öz zamanında Üməyyənin, sonrakı dövrlərdə üməyyə təfəkkürü bütün gücünü qoyaraq Aşuranı meydandan uzaqlaşdırmağa çalışıb. Bunun mümkünsüzlüyü müqabilində onu idarəçiliyə alaraq dəyişdirmək cəhdləri də uğursuzluğa düçar olduğu üçün bu məktəbin ətrafında hər zaman narahatlıq özünü göstərib. İslamın ilkin dövründə Üməyyə və Abbasılərin qəddar davranışları azadlıq və əsarət buxovunu rədd edən azad düşüncələri günümüzə qədər hədəfə almaqda davam edir. 
Azərbaycanın ilk müstəqillik tarixi İsamın bu dəyərli prinsipini bir ölkənin azadlıq və mübarizə ruhna böyük töhfə bilərək onu qorudu. 20-ci illər, sovetlərin ilkin işğal zamanında isə bir çox milli dəyərlər kimi Aşura da toxulmadan qaldı. Buna səbəb sovetlərin cəmiyyətdə öz yerlərini möhkəmlədmək kimi əsas amil dururdu. Zaman keçdikcə hədəflər içində xalqın milli və dini kimliyinin qoruyucusu, azadlıq carçısı olan Aşuranın böyük təsirləri sovetləri Aşura retualına qarşı sərt qadağanı həyata keçirməyə məcbur etdi. Aşura məhdudlaşdırıldı, ancaq nə təsir qəbul etmədi, nə də dəyişikliyə uğramadı. Gizlin baş tutan kiçik Aşura məclisləri bütün sovet qadağalarına bxmayaraq az sayda olsa da yaşadı. 80-ci illərdə dinlərə qarşı ümumi yumuşalma Aşuranı yenidən kütləvi əza məclisi olaraq xalqın içinə qaytardı.
Müstəqilliyin bərpası ilə gələn azadlıq Azərbaycan kimliyinə bağlı, hər növ idarəçiliyi rədd edən Aşura məclislərini daha geniş formada cəmiyyətə inteqrasiya etdi. Unudulan dəyərlər fitrətə müvafiq olduğu üçün çox qısa zamanda xalqı özünə adaptasiya edə bildi. Aşuranın həqiqi mahiyyətini hələ sovet dönəmində müşahidə edən Heydər Əliyev bu retualın toxunulmamazlığına dəyər verərək illərin birində Təzə Pir məscidində baş tutan Aşura məclislərdən birinə belə qatıldı. O, bununla Aşuranın ehtiramına iki yanaşım nümayiş etdirdi, Azadlıq və mübarizə məktəbinə ehtiram və xalqın inancına hörmək göstərərək xalq sevgisini qazanmaq.
Ölkənin bütün prezidentləri Aşura retualına yanaşmada qeyd olunan incə bir davranış nümayiş etdirmiş oldular. Hətta Aşura günü Azərbaycanın müxtəlif güşələrində böyük izdihamlı Aşura yürüşləri də hakimiyyət orqanları tərəfindən təhlükəsizliyi qorunaraq icrasına məhdudiyyət qoyulmadı. Bu 2003-cü ildə hakimiyətə gələn İlham Əliyevin vəzifə tutduğu zamana qədər toxunulmaz qaldı. 

3-cü hissənin sonu.