Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Xarici İşlər Nazirliyinin İstanbul nümayəndəliyində Misirin xarici işlər naziri Samih Şükri ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib. O, Çində keçirdiyi görüşlərdə Türkiyənin BRİKS-ə üzv olmaq istədiyini və bu təşkilatın AB-yə yaxşı alternativ ola biləcəyini açıqlayıb.
AB ilə Gömrük İttifaqına malik olan Türkiyənin BRİKS kimi müxtəlif platformalarda müxtəlif tərəfdaşlarla yeni əməkdaşlıq imkanları axtarmağa davam etdiyini qeyd edən Fidan, gələn həftə Rusiyada keçirilməsi planlaşdırılan BRİKS toplantısına qatılacağını bildirib.
Xarici işlər naziri Fidan əlavə edib ki, onlar Asiyada olduğu kimi Afrikada da əməkdaşlığı və çoxtərəfliliyi dəstəkləyirlər.
Çin mənbələri Fidanın “Əlbəttə, biz BRİKS-in üzvü olmaq istəyirik. Bu il işlərin necə gedəcəyini görəcəyik" dediyini yazıb.
Hakan Fidan: Biz BRİKS-ə qoşulmaq istəyirik