Hacı Tale Bağırzadə: “Bu tarix zülmün həmişə önündə duracaq bir çağırış məşəri olaraq onu məhv edənə qədər şölələnəcək.

Həqiqətə, haqqın yerini alacağı günə addım addım yaxınlaşarkən Nardaranda baş verən dəhşətli cinayət bir ilini də geridə qoydu. Artıq məsum qurbanların pak ruhları kimi, canı ünsürlərin də yırtıcı simaları həqiqət səhnəsində tanınmaqdadır. Dünən gizlədilən bu qanlı olayın əsil həqiqəti bu gün hər iki tərəfin kimliyini üzə çıxarmaqla hər bir haqq sevən üçün aydınlanmaqda davam edir.
Üzücü və ağrılı hal budur ki, illərdir övladlarının günahsız öldürülməsini, canılərin ədalət kürsüsündə cəzalanacağı günü görməyə ümid edən iki şəhid qardaşların anası Püstə xanım bu günlər dünyasını dəyişərək həsrətlə əbədiyyətə köç etdi. Amma biz anamızın ruhu önündə ədalətin bərqərar olacağı günün çox da uzaqda olmadığını bildirərək bu istiqamətdə bundan sonra da bütün gücümüzlə mübarizə aparacağımızı bəyan edirik.
26 noyabr zülmətdən nura, haqqın mübarizə addımlarının əbədiyaşar tarixidir. Bu tarix zülmün həmişə önündə duracaq bir çağırış məşəri olaraq onu məhv edənə qədər şölələnəcək.
Şəhid ruhlarını ehtiramla yad edir, yaralılara Allahdan şəfa diləyirik.

MBH sədri Hacı Tale Bağırzadə.