Gürcüstanda Azərbaycan və Rusiya vətəndaşlarının saxlanıldığı bildirilir

Azərbaycan və Rusiya vətəndaşlarının Gürcüstanda İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham edilərək saxlanıldığı bildirilir.

Azərbaycan mediasının məlumatına görə, noyabrın 11-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin anti-terror mərkəzi tərəfindən İŞİD terror qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinərək saxlanılan iki əcnəbidən biri Azərbaycan vətəndaşı, digəri Rusiya vətəndaşıdır.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin anti-terror mərkəzi həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində iki xarici ölkə vətəndaşını saxlayıb.

“Tbilisidə iki yerdə antiterror mərkəzi xüsusi əməliyyat keçirib. Araşdırmalar nəticəsində müxtəlif növ elektron informasiya qurğuları, hərbi təyinatlı silahlar, üz maskaları, elektrikşok aparataları, xarici ölkənin saxta şəxsi sənədləri, partlayıcı maddələr, xüsusi hazırlanmış partlayıcı qurğular və "İslam Dövləti" (İŞİD) simvolizminə malik terror təşkilatı bayraqları götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən Cinayət Məcəlləsinin 344-cü maddənin birinci bəndi və 236-cı maddələri ilə araşdırma aparılır. Terror mərkəzi "İslam Dövləti"nin fəaliyyətində iştirak edən saxlanılanların terror təşkilatı kimi cinayətdə əli olan digər şəxslərin görülməsi məqsədilə fəal araşdırmalar və operativ əməliyyatlar aparır”, məlumatda qeyd edilir.

Məlumata görə, saxlanılan şəxlər barəsində Gürcüstan məhkəməsi həbs qətimkan tədbiri seçib.