Gürcüstan hökuməti katolik cərəyandan imtina edərək, pravoslav xristianlığı ölkənin əsas dini cərəyanı elan etməyə hazırlaşır.
Bu barədə Gürcüstan Patriarxlığının nümayəndəsi Andriya Djaqmaidze bildirib.
O deyib ki, bu addım kilsənin cəmiyyətdəki rolunun artırılmasına, eləcə də milli-mənəvi dəyərlərin qorunmasına yönəlib:
“Bu məqsədlə konstitusiyada dəyişiklik edilib-edilməyəcəyi barədə məlumatım yoxdur. Bizə dedilər ki, təklif kilsənin ictimai əhəmiyyətini artırmağa yönəlib. Bizim də bir sıra təkliflərimiz var, lakin onları müzakirələrin yekununda təqdim etməyi düşünürük”.
Onun sözlərinə görə, bu məsələ patriarxlığın avqustun 29-dakı iclasında müzakirəyə çıxarılacaq.
APA
Gürcüstan hökuməti pravoslavlığı ölkənin əsas dini cərəyanı elan etməyə hazırlaşır