Gündoğan "Barselona"da qalacaq

 

"Barselona"nın futbolçusu İlkay Gündoğanın klubdakı gələcəyi məlum olub. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu müqaviləsini tam başa çatdırmaq üçün Kataloniya klubunda daha bir mövsüm qalmağa qərar verib. 

Daha əvvəl "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Gündoğanı komandasında görmək istədiyini etiraf etmişdi. Lakin yarımmüdafiəçi transferdən imtina edib.