Güləşçimiz reytinq turnirinin finalına yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində finala yüksəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda iranlı Meysam Dalxanini sınağa çəkib.

Rəqibinə 10:1 hesabı ilə qalib gələn M.Məmmədov adını həlledici mərhələyə yazdırıb. O, qızıl medal görüşündə moldovalı Viktor Kiobanu ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc medal qazanıb.