Fransa məhkəməsi 5 milyon avro girov qarşılığında Pavel Durovu sərbəst buraxıb, ona qarşı rəsmi ittiham irəli sürülüb

"Telegram"ın həmtəsisçisi Pavel Durova qarşı ittiham irəli sürülüb və o məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Bu haqda Fransanın Agence France-Presse (AFP) agentliyi Paris prokurorluğunun yaydığı bəyanata istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Durova Fransa ərazisini tərk etmək qadağan edilib, o, 5 milyon avro məbləğində girov ödəməlidir.

"O, 5 milyon avroluq girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə məhkəmə nəzarəti altına alınıb və Fransa ərazisini tərk etmək qadağan edilib", - prokurorluğun bəyanatında deyilir.

Xatırladaq ki, Durov əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham olunub.

 

APA