İnterpol 52 nəfəri axtarır

Bu ilin 6 ayı ərzində İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq 52 nəfər barəsində axtarış elan edilib.

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilən məlumata görə, bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 şəxsin yeri müəyyən olunub.

Bütövlükdə, axtarış işinin nəticələri 2 faiz yaxşılaşaraq 57,4 faiz təşkil edib.