“Şahbaz Quliyevin həyat yoldaşı işlədiyi müəssisədən 4 aydır maaş almır”.
Bunu “Sherg.az”aKəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülən soydaşımız Şahbaz Quliyevin bacısı İradə Quliyeva söyləyib.
O diqqətə çatdırıb ki, Şahbazın ailəsi acınacaqlı durumdadır:
“Neçə aydır ki, ərzaq alıb, onlara kömək etməyə çalışıram. Qohumlar “əl uzadırıq”. Amma bizim də artıq köməyimiz çatmır. Qardaşımın ailəsi çətinliklə dolanır. Kimə müraciət edəcəyimizi bilmirik. Sizin qəzet vasitəsilə xaiş edirik, Şahbaz Quliyevin ailəsinə yardım edin.
Qardaşımın həyat yoldaşı Albina Vetelova mühasib köməkçisi işləyir. Hazırda idarə fəaliyyətini davam etdirir, amma işçilərin heç biri maaş ala bilmir. Həmin şirkətin rəhbərliyi pul olmadığını, ona görə maaşların verilmədiyini əsas gətirir. Aidiyyəti qurumlardan xaiş edirəm, Şahbaz Quliyevin ailəsinə kömək etsinlər”.
Qeyd edək ki, DilqəmƏsgərov və ŞahbazQuliyev 2014-ci ilin iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib. Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər. Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə “hökm” çıxarıb.
Şahbaz Quliyevin həyat yoldaşı işlədiyi müəssisədən 4 aydır maaş almır

Oxşar xəbərlər