Fələstin prezidenti Nuseyrat bölgəsində baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istəyib.
Operativtv.com APA-ya istinadən xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas ölkənin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsura İsrailin Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində keçirdiyi xüsusi əməliyyatla bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasına təşəbbüs göstərməyi tapşırıb.
Abbas hazırda BMT Təhlükəsizlik Şurasında təcili iclasın keçirilməsini təmin etmək üçün ərəb ölkələrinin liderləri və beynəlxalq təşkilatların nümayəndələri ilə də fəal danışıqlar aparır.
Qeyd edək ki, bu gün İsrail ordusunun girovların azad edilməsi üçün Qəzzanın fələstinli qaçqınların məskunlaşdığı Nuseyrat bölgəsində keçirdiyi xüsusi əməliyyat zamanı 200-dən çox fələstinlinin öldürüldüyü, 400-dən çoxunun isə yaralandığını bildirilir.
Fələstin prezidenti bu gün baş vermiş hadisələrlə bağlı BMT TŞ-nın təcili iclasının çağırılmasını istəyib