Bu barədə Baş Prokurorluğun mətbuat ximəti məlumat yayıb. Bu cinayət işi üzrə araşdırmalar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.
Araşdırmalar nəticəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü – elmi katibi Şəfa Əliyev cinayət məsuliyyətinə cəlb olunub.
“Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək, müxtəlif şəxslərdən aldığı pul müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib”, - Baş Prokurorluğun məlumatında belə deyilir.
Şəfa Əliyevə qarşı Cinayət Məcəlləsinin 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb. Lakin o, həbs olunmayıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, Binəqədi rayon Məhkəməsində hakim qarşısına çıxarılan 64 yaşlı Şəfa Əliyevin istintaq getdiyi dövrdə ev dustaqlığında qalmasına qərar verilib.
Professor Şəfa Əliyev 2009-cu ildə prezidentin sərəncamıyla “Tərəqqi” medalıyla təltif olunub.
Meydan TV
Elmi dərəcələrin verilməsində korrupsiya hallarıyla bağlı cinayət işi başlanıb