Demokratik ölkələrdə qərarlar xalqın istəyi və fikirlərinə, tələblərinə uyğunlaşdırılaraq gerçəkləşdiyi halda bu vətəndaşının ölkənin müqəddarında oynadığı rol, digər tərəfdən isə hakimiyyətin, idarəçilik strukturunda xalqın fikirlərinə verdiyi dəyər, qanun aliliyinin təzahürüdür. Bu gün inkişaf etmiş istənilən ölkənin tətəndaşı bütünlükdə xalqın tələbi, düşüncəsi və istəyini ölkənin əsas bazası olaraq dəyərləndirməklə hakimiyyətlərin buna diqqətini tələb edir. Bu, əlbəttə ki, qanunların, insan hüquqlarının işlək olduğu ölkələrdə hakim olan idarəçilikdə gerşəkləşir.
Diktatur rejimlər xalqı istismar altında, işgəncə təsirində yaşatmaqla onların nəinki hüquqları, hətta düşünmə, fikirləşmə imkanlarını da əllərindən alır. İstismar olunan xalqıların qorxu əsarəti yavaş yavaş onda “zatən tabe olmalıdır” fikirini aşılayaraq onu əsarət zəncirində yaşamağa məcbur edir. Müqəddəs deyimlərdə “Hakimin fikri dəyişərsə, xalqın fikiri də dəyişər” deyimi diktatur rejimlərdə xalq deyilən kütlənin düşünmə imkanlarının belə olmamasını çox aydın izah edir.
Müasir dünyanın diktatur tablosuna bununla bağlı şüuraltı təsir də əlavə olunub ki, bu kütlədə təlqin siyasəti yaradaraq özlərinin belə hiss etmədən idarəedilən hala düşməsinə bariz nümunədir. Məhz buna görə dünyada yaradılan insitutlar azadlıq katiqoriyasında mövcud müddəani əsas və önəmli sayır. Bunun adı mediadır. Azad media xalqın düşüncə və fikirlərini hakimiyyətin qərarı önündə əhəmiyətli rola malik güc olaraq göstərdiyi halda diktatur rejimlər media vasitəsi ilə xalqa yalnız hakimiyyətin düşüncə tərzini aşılamaqla onu təsir altında idarə edir. Bu özünün də hiss etmədən əmələ gətirdiyi hakimiyyət bufferidir ki, varlığını birinci şəxsin düşüncə təsirinin əsarətinə, insanların öz azad qərarını itirməsinə gətirib çıxarır.
Medianın diktaturanın həyatındakı rolu geridə qoyduğumuz kommunizmin yalançı illuziyaları dağılana qədər öz düşüncəsinin azad olduğunu düşünən neçə neçə dövlətin, xalqın həyatını idarə etməsi yaxın keçmişdir. Belə hallar bu gün daha incə və dəqiqliklə işlənilir. Hakimin siyasətini həssaslıqla, beyinlərin qəbul edəcəyi tərzdə işləyən media xalqın həqiqəti deyil, rəhbərin təlqin siyasətini özü də hiss etmədən ona aşılaya bilir.
Öz diktatur hakimiyyətini davam etdirmək, xalqın sərvətini talayıb özünü qul olaraq əsarətdə saxlamağa çalışan rejimlər bir millətin yaxşı və pis anlayışını medianın təkrar təkrar tirajlayan fikirləri ilə xalqa elə yeridir ki, millətin bütün bunların həqiqət və yanlışına varmadan qəbullanmasına gətirib çıxarır. Əlbəttə, bunu başa düşən, diktatorun diktəsini də qəbul etməyən yetərincə təsiri rədd edən düşüncə sahibləri bütün bunlara öz etirazını bildirirdə. Belə olan halda media ilə paralel qorxu mexanızminin digər tərəfi işə düşərək həbs, işgəncə və qətliamları həyata keçirərək maniələri aradan qaldırır ki, bu hal bu gün hər kəs üçün gün kimi aydındır.
Bu sistem hər bir ölkə üçün eyni rola malikdir. Bütün diktatorlar eynidir. Öz diktələrini əsarətə aldıqları medianın təsiri altında, polisin qolu zor gücü ilə xalqa xoş və ya məcburi qəbul etdirməyə israrlıdırlar. Yetərki bir düşüncə hakim olaraq cəmiyyəti eyni düşüncəyə məcbur etsin.
Diktatorların düşüncəsində idarəçilik