Daha iki inanclıya hökm oxunub

Saxlanılan zaman barələrində “İran cəsusu” ittihamı irəli sürülən və sonradan haqlarında narkotik maddələri ilə bağlı cinayət işi açılan daha iki inanclıya hökm oxunub. Noyabrın 13-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi inanclılar Neftçala sakinləri İlham Qəribəliyev və Xanəli Rüstəmov barəsində qərar qəbul edib. Belə ki, məhkəmənin hökmü ilə İlham Qəribəliyev 5 il 6 ay, Xanəli Rüstəmov isə 5 il müddətinə azadlıqdan mərhum ediliblər.

Hər iki inanclı barələrində qəbul edilən qərarla razılaşmır və şərlənərək saxlanıldıqlarını bildirirlər.

Xatırladaq ki, 2023-cü ilin gəlişi ilə ölkədə geniş həbs dalğası çərçivəsində yüzlərcə inanclının saxlanıldığı bildirilir.