Daha bir inanclıya hökm oxundu

Ölkədə durmadan davam edən həbslər sözün əsil mənasında dəhşət saçır. İstisnasız hər gün hansısa inanclının həbs olunma xəbəri sankı inanclıları daxili nifrət yaşayan “Moizə” kanalının saxta cəsus ittihamına tuş gətirir. Saxlanılan zaman tirajlanan “İran cəsusu” ittihamı çox keçmir ki, öz həqiqi simasını ortaya qoyur. Saxta narkotik ittihamı son ildə saxlanılan bütün inanclıların üzərinə qoyulan və həqiqətdə heç bir inanclının cəsus olmadığını göstərən sadə sübutdur. Lakin hər şeyin aydın və şəffaf olmasına baxmayaraq həbslər və sifarişli hökmlər davamlı olaraq icra edilməkdədir.

Ötən gün belə saxta narkotik ittihamı ilə şərlənərən inanclı Eldəniz Ağayevə hökm oxunub. 2023-cü il martın 12-də saxlanılan inanclı qondarma narkotik ittihamı ilə şərlənərək 3 il müddətində azadlıqdan məhrum edilib.