Daha bir Cəbhəçi həbs edildi; əvvəlcə ailə üzvləri girov götürülüb…

Hakimiyyətin cəbhəçilərə qarşı repressiyası davam edir. Daha bir AXCP üzvü saxlanılıb. Bu dəfə Binəqədi şöbəsinin üzvü Ramin Əhmədov həbs edilib. Hazırda o, Lənkəran polisində saxlanılır. Hadisə iyulun 9-da olub.

Ramin Əhmədovu həbs etmək üçün polis ənənəvi üsula əl atıb. Cəbhəçinin atası, qardaşı, qaynatası və kürəkəni polisə aparılıb. Ramin Əhmədov polisə getdikdən sonra onlar buraxılıb. Yaxınlarının polisdən onun həbsinin motivi ilə bağlı məlumat almaq cəhdləri nəticə verməyib.

azadliq.info