05 August 2026

İsrail Ordusu Livanın cənubuna pilotsuz təyyarə hücumları təşkil edir

Livan mediası İsrail ordusunun Livanın cənubundakı Yuxarı Nəbatiyyə şəhərinin Ruveys məhəlləsini iki pilotsuz uçuş aparatı (PUA) ilə hədəf aldığını bildirib. Həmçinin bildirilib ki, İsrail ordusu Tir əyalətinin Mənsuri və Məcdəl Zun şəhərləri arasındakı Meşa ərazisində və Bint Cbeil rayonunun Haddasa şəhərində partlayışlar törədib.

“Qızıl top”a əsas namizədlər bəlli olub

“Qızıl top” mükafatını qazanmağa əsas namizədlərin yenilənmiş reytinqi açıqlanıb.

Siyahıya “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri başçılıq edir.

İkinci pillədə “Bavariya”nın ingiltərəli hücumçusu Harri Keyn, üçüncü sırada isə “Barselona”nın ispaniyalı futbolçusu Lamin Yamal yer alıb.

 

İlk “10-luq” belədir:

1. Rodri – “Mançester Siti”, İspaniya

Hikmət Hacıyev Azərbaycanın İranı qardaş ölkə hesab ediyini bildirərək “Mossad” iddialarını rədd edib

Yaxın Şərqdə və Şərqi Avropada davam edən hərbi qarşıdurmalar fonunda Azərbaycanın geosiyasi mövqeyi yenidən beynəlxalq diqqət mərkəzinə gəlib. Son dövrlər müxtəlif dairələr tərəfindən Azərbaycanın xarici xüsusi xidmət orqanlarının fəaliyyətinə şərait yaratdığı barədə iddialar səsləndirilsə də, rəsmi Bakı bu ittihamları qəti şəkildə rədd edir.

Çindən ABŞ-a qarşı sanksiyalar və ixrac məhdudiyyətləri

Çin ABŞ-yə qarşı cavab tədbirləri çərçivəsində yeni sanksiyalar tətbiq edib və pilotsuz uçuş aparatlarının (PUA) tədarük zənciri ilə bağlı ixrac nəzarətini daha da gücləndirib.

Bu barədə Çinin Kommersiya Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bundan sonra dronların, onların əsas hissələrinin və bu sahəyə aid texnologiyaların ABŞ-yə ixracı hər bir müraciət üzrə ayrıca və ciddi şəkildə qiymətləndiriləcək. Yeni qaydalar dərhal qüvvəyə minib.

Pezeşkian HƏMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: Fələstin Tehranın gündəmində qalır

İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyya ilə telefon danışığı aparıb.

Pezeşkian Xəlil əl-Həyyanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, İran xalqı və rəhbərliyinin Fələstinə dəstəyini bir daha vurğulayıb.

Pezeşkian telefon danışığı zamanı ABŞ və İsrailin İrana qarşı son hərbi əməliyyatlarına toxunub. O qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, Fələstin məsələsi İranın xarici siyasətində əsas yerini qoruyur.

“Human Rights Solidarity” Meydan TV-nin həbsdə olan jurnalisti Aytac Tapdıqla bağlı bəyanat yayıb

London mərkəzli beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Solidarity” Meydan TV-nin həbsdə olan jurnalisti Aytac Tapdıqla bağlı bəyanat yayıb.

Jurnalist uzun müddətdir nəfəs darlığından əziyyət çəkir və saxlanılma şəraiti onun səhhətini daha da ağırlaşdırır.

“Müəssisə qurudulmuş gölün üzərində tikilib, bu da havanın həddindən artıq rütubətli olmasına və onun nəfəs alma problemlərinin daha da kəskinləşməsinə gətirib çıxarır”, – deyə bəyanatda bildirilir.

Bu ilki Ərbəinin mesajı

Yerdə müşahidə aparan mənbələrə görə, bu ilki Ərbəin mərasimləri, əvvəlki illərdən fərqli olaraq, yalnız matəm və ibadət atmosferində keçirilməyib.

Milyonlarla ziyarətçinin axını ilə dolu olan Kərbəlada bu ilki Ərbəində yeni bir mövzu üstünlük təşkil edib.

Bu ilki Ərbəin mərasimləri Fələstinə dəstək, İsrailə qarşı müxalifət və ABŞ-a qarşı açıq bir mövqe nümayiş etdirən kütləvi siyasi səhnəyə çevrilib.

İraq: Bu il Ərbəin ziyarətinə təxminən 20 milyon insan qatılıb

Bu il Ərbəin ziyarətinə gedənlərin sayı təxminən 20 milyona çatıb ki, bu öz növbəsində qlobal toplantıda müxtəlif ölkələrdən nümayəndələrin iştirakını göstərir. Ərbəin bu gün dünyanın ən böyük dini toplantısını bir daha nümayiş etdirmiş etdirməklə ortaya birlik və vəhdət əsərini qoymağa davam edir.

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

İlk oyun günündə 8 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Sabah”ın mümkün rəqiblərindən olan İsrail təmsilçisi “Hapoel” (Beer-Şeva) doğma meydanda Serbiyanın “Srvena Zvezda” klubunu qəbul edib.

“Sparta Praqa” isə öz meydanında "Lion"u sınağa çəkib.

UEFA Çempionlar Liqası

Argentinada 45-dən çox taxıl gəmisi tətil səbəbindən limanı tərk edə bilmir

Argentinada 45-dən çox taxıl gəmisi tətil səbəbindən limanı tərk edə bilmir

Losmanların tətili səbəbindən azı 45 taxıl gəmisi Argentinanın Rosario şəhərinin limanını tərk edə bilmir.

Bu barədə Argentinanın Yağ-piy Sənayesi Palatası və Taxıl İxracatçıları Mərkəzinin prezidenti Qustavo İdiqoras bildirib.

2 ailənin 112 üzvü illər sonra dəfn olundu - Qəzzada dəhşət

2023-cü ilin noyabr ayında Qəzzanın Səbra məhəlləsində İsrailin bombardmanı nəticəsində həlak olan Əbu Şəriə və Əl-Həsəyinə ailələrinin 112 üzvünün meyiti 136 saatlıq axtarışdan sonra dağıntılar altından çıxarılıb.

İsrail hücumları və bölgədəki ağır humanitar vəziyyət səbəbindən aylarla davam edən gecikmələrdən sonra meyitlər dəfn edilib.

Qeyd olunur ki, 112 meyitdən 40-ı uşaq, 38-i qadın və 7-si fiziki məhdiyyətli şəxs olub.

Suriya İraqla sərhədə qoşun cəmləşdirir

Suriya ordusu maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib və bölmələr İraqla sərhədə köçürülüb.

Bu barədə mənbələrə istinadən “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata əsasən, Ərəb Respublikasının Müdafiə Nazirliyi şəxsi heyətin “maksimum döyüş hazırlığına” gətirilməsini və “Suriya-İraq sərhədi boyunca hərbi hissələrin yerləşdirilməsini” əmr edib. Bu tədbirlərin səbəbləri barədə heç bir məlumat verilməyib.

Tale Bağırzadənin xanımı: “Məktəbdəki hadisədən əvvəl oğlumun ölkədən çıxışına qadağa qoyulmuşdu”

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin yetkinlik yaşına çatmayan övladları ilə bağlı bir sıra məsələlərin araşdırılması üçün istintaqa vəsatətlər təqdim olunub.

Bu barədə AzadlıqRadiosuna ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə məlumat verib. O, istintaqda Bağırzadə qardaşlarının qanuni nümayəndəsi qismində çıxış edir.

Rusiyanın Kiyev vilayətinə zərbələri nəticəsində 14 nəfər ölüb, 27 nəfər yaralanıb

Rusiya ordusunun avqustun 5-nə keçən gecə Ukraynanın Kiyev vilayətinə zərbələri nəticəsində 14 nəfər ölüb, 27 nəfər yaralanıb.

UNİAN xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Hücumlar loqistika, ticarət, istehsalat və digər obyektlərə edilib.

Bundan başqa, yaşayış binaları, mülki infrastruktur da zərbələrin hədəfi olub.