Minlərlə yəhudi Qüdsdə Bab əl-Əmuda yürüş etdi
Minlərlə israilli məskunlaşmaçı işğal altındakı Qüdsdə yerləşən Bab əl-Əmud bölgəsinə daxil olaraq “Bayraq yürüşü” adlandırılan tədbirdə iştirak edib.
Yürüş sionist rejimin təhlükəsizlik qüvvələrinin ciddi mühafizəsi altında keçirilib və şəhərdə geniş təhlükəsizlik tədbirləri görülüb.
Tədbirdə işğalçı rejimin qondarma hökumətinin və parlamentinin bir sıra üzvləri iştirak edib.













