Dünya çempionatı: Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni Teymur Rəcəbov göstərib
Qətərin paytaxtı Doha şəhərində keçirilən sürətli və blits üzrə şahmatdan dünya çempionatı sona yaxınlaşır.
Azərbaycan turnirdə ümumilikdə 17 şahmatçı ilə təmsil olunub.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Maqomed Muradlı, Xaqan Əhməd, Read Səmədov və Murad İbrahimli mübarizə aparıblar.













