Bakıda Atlas Araşdırmalar Mərkəzinin rəhbəri İsrail rejimini ittiham edib ki, Yunanıstan və Kipr ilə birlikdə Aralıq dənizində Türkiyə əleyhinə üçlü ittifaq qurarkən Azərbaycan Respublikasını nəzərə almayıb.
Elxan Şahinoğu Facebook üzərindən yaydığı məqalədə yazır: “İsrail, Yunanıstan və Kipr liderləri Aralıq dənizində ortaq hərbi reaksiya qüvvələrinin yaradılması mövzusunu müzakirə ediblər. Yunanıstanla Kipr Respublikasının Türkiyə əleyhinə siyasət yürütdükləri bəlli fakt olsa da, hazırki üçlü ittifaqın təşəbbüskarı İsrailin baş naziri Benyamin Netanyahudur. O Türkiyənin bölgədə, o cümlədən qonşu Suriya və İraqda artan rolundan narahatdır”.
Politoloqun fikrincə, PKK-nın tərksilah olunmağa başlaması da İsrailin hakim dairələrinin narahatlığına səbəb olub. Çünki, İsrailin hərbi və kəşfiyyat dairələri illər uzun bölgədəki silahlı kürdlərlə gizli təmaslara malik olublar.
Elxan Şahinoğlu qeyd edib ki, mövcud vəziyyət Azərbaycana çətinliklər yaradır. Çünki Azərbaycanın əsas strateji müttəfiqi Türkiyədir. Şuşa Bəyannaməsinə görə Azərbaycana hücum olarsa, Türkiyə müttəfiqini müdafiə etmək hüququna malik olacaq. Eyni ilə Türkiyəyə hücum olarsa, Azərbaycan müttəfiqini müdafiə etməlidir. Yəni İsrailin formalaşdırdığı üçlü ittifaq Aralıq dənizində Türkiyəyə qarşı hansısa həmlə həyata keçirərsə, Azərbaycan müttəfiqinin yanında olacaq. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyənin İsrail, Yunanıstan və Kipr Respublikasıyla mümkün qarşıdurmasında müttəfiqi ilə koordinasiya içində olacaq. Təəssüf ki, İsrail Türkiyə ilə qarşıdurmaya gedərkən bunun Azərbaycanla münasibətlərə mənfi təsirlərini hesablamayıb.
Rəsmi olaraq, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya Direktoru Burhanettin Duran bildirib ki, İsrail Türkiyənin “imperialist ambisiyalardan” danışanların əvvəlcə öz əməllərini nəzərdən keçirməlidir.
Hökumətə yaxın KİV-lər isə sammiti “Ankara əleyhinə bir əməkdaşlıq”, “anti-Türkiyə üçlüyü” kimi təqdim ediblər.
İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur