6 min yəhudiyə 3 sinaqoq, 3 milyon müsəlmana 120 məscid

Araşdırmalara görə, Bakıda cəmi 6 min yəhudi yaşayır və paytaxtda 3 yəhudi sinaqoqu fəaliyyət göstərir. Bu, hər 2 min nəfərə bir sinaqoq deməkdir.

Digər tərəfdən, təxminən 3 milyon əhalisi olan Bakıda - əhalinin böyük əksəriyyəti müsəlman olduğu halda - cəmi 120 məscid fəaliyyətdədir. Üstəlik, yeni məscidlərin tikintisi ilə bağlı hazırda heç bir xüsusi dövlət proqramı yoxdur.

Müəmma məhz buradadır:

Bu mənzərə dini ehtiyacların nisbəti ilə yox, prioritetlərin necə müəyyənləşdirildiyi ilə bağlı suallar yaradır. Bundan əlavə yəhudi sinaqoqlarına giriş sərbəst və hər hansı bir retuala ocaqlar açıqdır. Burada yəhudi dininə aid hər bir atribut qorunur və heç bir qadağa ilə üzləşmir.

Lakin məscidlərdə mənzərə tam əksdir. Şəhərinin küçələrində başında yəhudi dini inanc rəmzi olan papaqlarla gəzişmək azad olduğu halda Azərbaycanda əmmamə kimi dini geyimlər, İslam atributları kimi aksesuarlar ciddi qadağalar altındadır. Eyni halda üzərində Əhli-beyt İmamlarının (ə) adları və sair simvollar olar üst geyimlər görüntülənə bilməz.

Məscidlərə yaş həddi tətbiqi səbəbindən psixoloji gərginlik bəhanəsi yalnız İslam dini daşıyıcılarına tətbiq edilir. Hansı ki, sinoqoqlara uşaqlar üçün girişə yaş tətbiq edilmədən azaddır. Hər dini tədbir ciddi polis nəzarəti altında senzuralar tətbiq edilməklə icra edildiyi halda, bəzən tamam qadağan edilir. Əvəzinə digər dinlər, xüsusən yəhudilik inancının bütün tədbirlərinə yaşıq işıq yandırılıb.